Dilara Əliyeva Bakının tıxaclarından gileyləndi: “Beyin xarab olur, aqressiya ilə insan dolur”
Əməkdar artist Dilara Əliyeva Bakıda yaşanan nəqliyyat sıxlığından narazılığını ifadə edib.
“Yeni Sabah” xəbər verir ki, aktrisa sosial media hesabında paylaşım edərək uzun müddət tıxacda qalmağın insanlarda aqressiya yaratdığını bildirib. pizza hut
Dilara Əliyeva qeyd edib:
“Bu ölkənin ən çox nevropatoloqa ehtiyacı var. 15 dəqiqəlik yolu iki saat yarıma gedib çıxa bilmirsən. Beyin xarab olur, aqressiya ilə insan dolur.
Müəllim uşağı danlayır, uşağın qanı qaralır, valideynin də qanı qaralır. Hamı bir-birinə “nə var” deyir.
Aqressiyanı azaltmaq üçün nevropatoloqa ehtiyac var. Dərman yazmalıdır ki, sakitləşək. Bunun adına yaşamaq demək mümkündürsə, biz indi yaşayırıq.
Yayı gözləyək? Camaat dağlara çəkilsin? Bəlkə yollar çəkilsin?”
Aydan Hacı
Telegram kanalımız