“Camaatın işi-gücü yoxdur durub sizin fotonu seçəcək?” - Aparıcı   ƏSƏBLƏŞDİ

saytların hazırlanması

Evə çatdırılma

“Camaatın işi-gücü yoxdur durub sizin fotonu seçəcək?” - Aparıcı ƏSƏBLƏŞDİ

Şou

03 Dekabr 2020 14:52 1350


"Bilmirəm, həmkarlarıma, şou-biznes aləminə deyim, yoxsa siravi insanlara səslənim: təsəvvür edin, ən sonuncu şəhidimizi hesablasaq, 40-ı dekabrın sonunda çıxacaq. Gəlin, bu rəsmləri yığışdıraq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında yazıb.

Teleaparıcı sosial şəbəkələrdə şəkillərini paylaşan şou nümayəndələrinə səslənib: Toyuqlu pizza

“Gəlin, bu rəsmləri yığışdıraq. Mən də o qədər sevindim ki, bir-iki gün əl qaldırıb oynadım. 30 ilin həsrəti var idi. Amma o sevinci yaşadıqmı? Şəhidlərimiz var... 40 gün açıq-saçıq şəkillər, gülüş dolu paylaşımlar etməyək. Heç mənə çatmır, qoyurlar yazırlar ki, birinci, yoxsa ikinci şəkil? Camaatın heç işi-gücü yoxdur durub sizin fotonu seçəcək? Anlayıram, öz ətrafınız, izləyiciləriniz var. Bunları yığışdıraq. Nə qalıb ki, dekabrın sonuna qədər dözək. Yenə yanvarın birindən paylaşın. O sizin səhifəniz, həyatınız... Bilirəm, bəziləri xoş güzəranından qalır. Amma bu gün öndə olan bir məsələ, zəfər, bu qələbəni qazanan, can qoyan igidlər var. İnanıram ki, çoxunuz mənimlə razısınız".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!