Müğənni Təranə Qumral Zaur Kamala irad bildirib.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb aparıcının efirdə Musa Musayevdən bir ailəyə yardım məqsədilə kartla 200 manat göndərməsini xahiş etməsi olub.
Bu məqam Təranə Qumralı hövsələdən çıxarıb: pizza
“Məni verilişdə məcbur edirlər ki, karta pul atım. Niyə atmalıyam? Özünün imkanı yoxdur? Bahalı villası, maşını, evi var, üstəlik bahalı geyimlər geyinir. O niyə etmir? Mən yalnız həqiqətən ehtiyacı olan, çətin durumda olan insanlara yardım edirəm. Kimsə yazsa ki, xəstəyəm, vəziyyətim ağırdır, ona kömək edərəm. Pul verməməyimdə qəbahət yoxdur”.
Telegram kanalımız