“Çaqqallar yığılıb şou yaradırlar“ - Xalq artistinin TV qalmaqalına rəyi

saytların hazırlanması

Evə çatdırılma

“Çaqqallar yığılıb şou yaradırlar“ - Xalq artistinin TV qalmaqalına rəyi

Şou

03 Dekabr 2022 10:17 796


"Xəzər televiziyasında yayımlanan "Təsir dairəsi" verilişində baş vermiş hadisələri efir vasitəsilə izləmək imkanım olmasa da, sosial şəbəkələrdə görmüşəm. Hər 2 eksperti çox yaxşı tanıyıram. Amma bilmirəm, verilişdən əvvəl onların arasında nə problem yaşanıb? Konflikt nədən ibarətdir? Niyə bir-birlərinə su atıblar?"

Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti Əli Nur deyib.

O əlavə edib: "Bütün bunların hamısı sual yaradır. Ümumiyyətlə televiziya bizim idealogiyamızı, dövlətçiliyimizi təbliğ edir, öyüd-nəsihət verən tribunadır. Orada millətin, xalqın problemləri öz həllini tapmalıdır. Çaqqallar yığılıb orada şou yaradırlar. Belə hallara yol vermək olmaz, ayıbdır. Bizləri düşmənlərimiz də izləyir. Televiziya xalqın güzgüsüdür. Problem dinləyən, problem həll edən insan özü problem yaratmamalıdır". Sezar pizza

Aktyor jurnalist Anar Vəziroğlu ilə illər əvvəl baş vermiş konfliktini xatırlayıb:

"İllər əvvəl onunla bir verilişdə çıxış edirdim. Bu adam deyir ki, Səməd Vurğun, Hüseyn Cavid, Əhməd Cavad şair deyil. Sən kimsən oturub milli mənəviyyatımızı belə tənqid edəsən?! Mikrofonu götürüb gəlib ona dedim ki, bunu vuraram başına, cırıq-cırıq olarsan. Onlar Azərbaycanda ən böyük milli-mənəvi dəyərlərdir. Bunu hamının gözü qabağında etdim. Elə insanların cavabını yerində vermək lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!