"Mən bir dəfə təhsil nazirinə dedim ki, dərsliklərə casusluq sənədlərini daxil edin".
Yenisabah.az "Khamenei.ir"ə istinadla xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəi tələbələrlə bu gün keçirdiyi görüşdə deyib.
O əlavə edib: "Təəssüf ki, həmin sənədlərlə bağlı mövzuları dərsliklərə daxil etməyiblər. Bunlar amerikalıların İranda olduqları müddətdə İranda nələr törətdiyini, hansı sui-qəsdləri, nə xəyanətlər icra etdiyini göstərir". pizza mizza
Xamnəinin sözlərinə görə, inqilaba qədər Tehrandakı ABŞ səfirliyi casus yuvası olub.
Telegram kanalımız