“Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq” - Qurban Qurbanov

İdman

23 İyul 2026 23:05 98


"Qarabağ" ÇSKA ilə cavab oyununda daha yaxşı nəticə əldə etməyə çalışacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məçqçisi Qurban Qurbanov ÇSKA-ya (Sofiya) qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib: Dominos pizza

"Görüş gözlədiyimiz kimi ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçdi. Qarşımızda kifayət qədər güclü, xüsusilə də ikili mübarizələrdə üstün təsir bağışlayan rəqib var idi. Buna görə də oyun baxımlılıqdan çox taktiki mübarizə üzərində quruldu. Bununla yanaşı, bu qarşılaşma hər iki komandanın bir-birini daha yaxından öyrənməsi baxımından əhəmiyyət daşıyırdı.

ÇSKA müxtəlif taktiki sxemlərə uyğun oynamağı bacaran komandadır və bu da bizə müəyyən çətinliklər yaratdı. Belə rəqiblə üz-üzə gəlmək bizim üçün faydalı təcrübə oldu. Qarşılaşmada yol verdiyimiz səhvlər olsa da, futbolçular oyunun tempini qoruyub saxlaya bildilər. Düşünürəm ki, cavab matçı daha maraqlı və fərqli məcrada keçəcək. Həmin görüşdə hər detal üzərində daha ciddi işləmək və daha doğru qərarlar qəbul etmək lazım gələcək".

Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasında keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Tərəflər arasında cavab matçı 1 həftə sonra Sofiya şəhərində reallaşacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!