Əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədovun vəfatından 1 il ötür. Onun nəvəsi, bloqer Rəfiqə Qafarova sosial şəbəkə hesabında babasını dərin kədərlə yad edib.
Yenisabah.az xəbər verir ki, Rəfiqə Qafarova paylaşımında mərhum sənətkarın məzarının görüntülərini yayımlayıb və babası ilə bağlı duyğusal fikirlərini bölüşüb: Toyuqlu pizza
“Bu gün əziz babam Azərbaycan Respublikasının Əməkdar Artisti, müğənni Cavanşir Məmmədovun vəfatının 1-ci ildönümüdür. Tam 1 il öncə amansız fələk onu bizdən vaxtsız aldı. Kaş ki, onunla keçən zamanları geri qaytara bilərdik. İllər keçsə belə, yeri hər zaman əvəzolunmaz olaraq qalacaq! Daim sənəti ilə xalqa xidmət etmiş sənətkar şəxsin ailə üzvü olmaq isə böyük qürur hissidir. Yoxluğu ilə dərin yaraya səbəb olan, ruhu ilə daim güc verən əziz babam, məkanın cənnət olsun! Uca Tanrı dünyadan köçən bütün valideynlərə, ailə böyüklərinə rəhmət eləsin!”
Qeyd edək ki, Cavanşir Məmmədov 2024-cü ilin aprelində infark səbəbindən dünyasını dəyişmişdi.
Əsmətxanım Rzazadə
Telegram kanalımız