Cavidan dayısının ölümündən danışdı: “Üçüncü dəfədir mağazası yanır”

saytların hazırlanması

Evə çatdırılma

Cavidan dayısının ölümündən danışdı: “Üçüncü dəfədir mağazası yanır”

Şou

23 Noyabr 2023 17:59 1092


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın nəticəsində bir nəfər ölüb, əraziyə cəlb olunan FHN işçiləri isə xəsarət alıblar. 

Yenisabah.az xəbər verir ki, yanğında vəfat edən şəxslə bağlı bəzi məlumatlar əldə edilib.

Bu gün yanğında vəfat edən şəxs mərhum xalq artisti Ramiz Novruzun oğlu, tanınmış aktyor Cavidan Novruzun dayısıdır. pizza

Hadisə ilə bağlı AZXEBER.COM-a danışan Cavidan Novruz məlumatı təsdiqləyib:

"Bəli, təəssüf ki, xəbər doğrudur. Vəfat edən şəxs mənim dayımdır. 3-cü dəfədir ki, başına belə iş gəlir, mağazası yanır. Bu dəfə artıq ürəyi dözmədi. Xəbəri eşidən kimi ürəyi partlayıb, ölüb. Artıq dəfn də olunub”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!