Çavuşoğlu İraqın ittihamlarına cavab verib: “Dinc sakinlərə atəş açmamışıq“

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu İraqın ittihamlarına cavab verib: “Dinc sakinlərə atəş açmamışıq“

Dünya

21 İyul 2022 12:16 734


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Silahlı Qüvvələrinin İraqda guya dinc sakinləri atəşə tutmasına dair yayılan məlumatlara münasibət bildirib. 

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, o, belə informasiyaların həqiqət olmadığını söyləyib.

“Türkiyə Silahlı Qüvvələrindən aldığımız bilgiyə görə, İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa hücumumuz olmayıb”, - XİN başçısı vurğulayıb. pizza sifarişi

Xatırladaq ki, rəsmi Bağdad İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfirini geri çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!