Çavuşoğlunun bu şəkli gündəm oldu 

Çavuşoğlunun bu şəkli gündəm oldu 

Digər Veb saytların hazırlanması

05 İyun 2023 11:55 957


Türkiyənin sabiq Xarici işlər Naziri Mövlud Çavuşoğlu yenə gündəm olub.

Siyasətçi bu dəfə hər hansı çıxışı və açıqlaması ilə deyil, davranışı ilə müzakirələrə rəvac verib. 

Yenisabah.az xəbər verir ki, Türkiyə  prezidenti Rəcəb Teyyub Ərdoğanın iyunun 3-də Ankarada gerçəkləşən andiçmə mərasimində Mövlud Çavuşoğlunun Nobel mükafatı laureatı olan türkiyəli alim Aziz Sancarın əlini öpməsi kameraların obyektivindən yayınmayıb. Mətbuat və cəmiyyət keçmiş nazirin bu davranışını təqdir edib. 

Buna rəğmən, nazir postunu deputat mandatına dəyişən Çavuşoğlunun gündəmdə qalmaq üçün bu cür hərəkət etdiyini yazanlar da olub.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!