Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Çavuşoğlunun Məmmədyarovun yerinə çıxışından xəcalət çəkdim” - Cümşüd Nuriyev
16 İyl 2020 20:15
1895

“Çavuşoğlunun Məmmədyarovun yerinə çıxışından xəcalət çəkdim” - Cümşüd Nuriyev

Məlum olduğu kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında xarici işlər naziri Elmar Məmmədyarovla bağlı iradlarını bildirib. Dövlət başçısı iyulun 12-də, Azərbaycan-Ermənistan sərhəddində döyüşlərin getdiyi bir vaxtda xarici işlər nazirini iş başında tapa bilmədiyini vurğulayıb:

“Köməkçim Hikmət Hacıyevlə gündə, bəlkə də, on dəfə əlaqə saxlayırdıq. Xarici İşlər Nazierliyi nə ilə məşğul idi? Harda idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Xarici İşlər nazirini mən tapa bilmədim...”

Maraqlıdır, kritik anda, hərbi əməliyyatların başladığı bir məqamda ölkə başçısının belə xarici işlər nazirini tapa bilməməsi, həmin nazirin daşıdığı vəzifəyə layiq olmamasının ən böyük isbatı sayıla bilərmi?

Yenisabah.az xəbər verir ki, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev E.Məmmədyarovun bu posta layiq olmadığını bildirib:

“Belə bir vəziyyətdə XİN rəhbərinin yerində tapılmaması dövlətə və xalqa arxa çevirməkdir. Bu, həm də diplomatiyaya arxa çevirməkdir. Diplomatın heç vaxt sabiqi, köhnəsi olmur. “Sabiq diplomat” sözü yoxdur. Nə xüsusi xidmət orqanı əməkdaşlarına, nə də diplomatlara sabiq demirlər. “Sabiq səfir” deyə bilərlər. Amma “sabiq diplomat” sözü yoxdur.  Bu adam göstərdi ki, ondan XİN rəhbəri olmaz. Bütün dünya bu məsələlərə münasibət bildirdi, E.Məmmədyarovdan başqa. Türkiyənin xarici işlər naziri Azərbaycanın XİN rəhbərinin yerinə çıxış etdi. Mən bundan həm qürur duydum, həm də xəcalət çəkdim. Mövlud Çavuşoğlu Azərbayan XİN rəhbərinin demədiyi sözləri dedi.

Harda yatıb XİN əməkdaşları? Hardadır Azərbaycanın hər il milyonlar ayırdığı səfirliklər, konsulluqlar? Türkiyənin bütün rəhbərliyi danışdı, prezidenti, müdafiə naziri, daxili işlər nazirliyi öz mövqeyini bildirdi, Azərbaycanın konsulları, səfirləri isə yatır. ATƏT-in Minsk qruupunun həmsədri olan dövlətlərdən yalnız Rusiyadakı səfirimiz Polad Bülbüloğlu açıqlama verdi. XİN rəhbərinin deyəcəyi sözləri Polad Bülbüloğlu dedi. Açığı mən ondan gözləmirdim. Bəs bizim Fransadakı səfirliyimiz hanı?

Hesab edirəm ki, baş verən hadisələr bir daha XİN rəhbərinin bu posta layiq olmadığını göstərdi”.  /Moderator.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər