“Çayxanada oturub serial üçün ssenari yazırlar. İndi təsəvvür edin, çayxanada yazılan ssenari əsasında çəkilən serialın keyfiyyəti necə olar?!”
Yenisabah.az Yenicag-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Nahidə Orucova deyib.
O, seriallarda görünməməsinin səbəblərini açıqlayıb. Reklama ehtiyacı olmadığını və onu reklam deyil, qonorarın məbləği düşündürdüyünü bildirib: Pepperoni pizza
“İndi seriallara bizim kimi peşəkar aktrisalar lazım deyil. Daha çox pul istəməyən, qeyri-peşəkarları çəkirlər. Dəvət edəndə də məbləği maraqlanıram ki, nə qədər qonorar verəcəksiz. 100 manat dediklərində, çox "sağ ol" deyirəm, vəssalam. Bununla da söhbət bağlanır.
İndi mənim günahım deyil ki, bizdə seriallar bu qaydalar üzrə çəkilir. Buna görə də bəri başdan təkliflərdən imtina edirəm.
Əlbəttə, mənə reklam yox, dolanmaq üçün pul lazımdır. Belə baxanda heç düz-əməlli seriallar da yoxdur. Keyfiyyətli iş üçün ilk növbədə keyfiyyətli ssenari də olmalıdır. Amma indi çayxanada oturub ssenari yazırlar, belə ssenari əsasında çəkilən serial nə olacaq, özünüz düşünün”.
Telegram kanalımız