Cəbrayılda mobil şəhərcik tikilib - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda mobil şəhərcik tikilib - FOTOLAR

Sosial

28 Noyabr 2022 11:58 764


Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda mobil şəhərcik tikilib". 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.

“Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılmış Araz Vadisi İqtisadi Zonasının sənaye parkında mobil şəhərciyin tikintisi başa çatdırılıb”, - paylaşımda deyilir. Marqarita pizza

Nazir şəhərcikdə bütün lazımi infrastrukturun yaradıldığını vurğulayıb.

Onun sözlərinə görə, sənaye parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!