Cəlillə evlənmək üçün Türkiyə vətəndaşı oldu

saytların hazırlanması

Evə çatdırılma

Cəlillə evlənmək üçün Türkiyə vətəndaşı oldu

Sosial

30 Yanvar 2019 19:46 964


Qazi Universiteti Tibb Fakültəsi məzunu, azərbaycanlı cərrah 32 yaşlı Cəlil Seyidov  və Mərmərə Universiteti Biologiya müəllimliyi ixtisasının məzunu Kosovo vətəndaşı  30 yaşlı Viyolsa Tahriri keçən il Ankarada tanış olublar. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, evlilik qərarı alan cütlüyün Azərbaycan və Kosovo dövlətlərinin bir-birini tanımamasına görə, nikahı baş tutmayıb.

Rəsmi nikaha girə bilmədiklərini öyrənən  Türk Ərəb Araşdırma və Strateji İnstitutunun baş katibi Bədrəttin Həbiboğlu məsələni Ədalət və İnkişaf  Partiyasının (AKP) Trabzon millət vəkili Saleh Coraya danışıb. Sezar pizza

Millət vəkili Saleh Coranın ağlına gözəl bir fikir gəlib.Bunun həlli Viyolsa Tahririnin Türkiyə vətəndaşı olması idi. Lazımi müraciətlərdən sonra Cora Daxili İşlər naziri Süleyman Soyluya vəziyyət barədə məlumat verib. Nazirlər Kabinetinin qərarı ilə  o, Türkiyə vətəndaşı olub. Diplomatik maneə aradan qaldırıldıqdan sonar cütlük Naxçıvanda rəsmi nikaha girib.

Millət vəkili bildirib ki sevənlərin arasına diplomatik divar hörülmüşdü: “Məsələni S.Soyluya bildirəndə “Sevənləri qovuşdurmaq gözəldir” dedi. Cütlüyün tək bir istəyi var idi. Naxçıvanda baş tutacaq nikahda məni də görmək istəyirdilər. Nikahlarında iştirak etdim, xoşbəxtliklərinə mən də şahid oldum”.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!