Cem Yılmaz erməni rəssamın əsərinə 146 min verdi –   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Cem Yılmaz erməni rəssamın əsərinə 146 min verdi – Fotolar

Şou

18 Sentyabr 2019 14:53 1110


Məşhur yumorist Cem Yılmaz Avropa ölkələrindən gətirilən sənət əsərlərinin olduğu sərgidə iştirak edib.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı aktyor sərgidən əliboş qayıtmayıb.

Belə ki, C.Yılmaz erməni rəssam Daron Mouradianın 2 əsərini alıb. O, əsərlərdən birinə 66 min dollar (112 min manat), digərinə isə 20 min dollar (34 min manat) pul ödəyib. 

Qeyd edək ki, C.Yılmaz 2006-cı ildən bəri sənət əsərlərinə investisiya qoyur.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!