Cem Yılmaz məhkəmədə keçmiş xanımına qarşı iddia qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

Cem Yılmaz məhkəmədə keçmiş xanımına qarşı iddia qaldırdı

Şou

01 İyun 2021 15:54 1116


Tanınmış komediya ustası Cem Yılmaz oğluna verdiyi aylıq 10 min dollar alimentin azaldılmasını tələb edərək məhkəməyə müraciət edib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 8 il əvvəl boşandığı Ahu Yağtuya qarşı 9 yaşlı oğlu Kamala ödədiyi 10 min dollarlıq aylıq alimenti azaltmaq üçün məhkəmə iddiası qaldırıb.

İstanbul 11-ci Ailə Məhkəməsində iddianın ilk iclasında iddiaçı Cem Yılmaz və Ahu Yağtunun vəkilləri qarşı-qarşıya gəliblər. Cem Yılmazın vəkili vasitəsi ilə məhkəməyə verdiyi vəsatətdə ABŞ dollarının məzənnəsinin artması ilə birlikdə ödədiyi alimentin artdığını və alimentin türk lirəsi ilə 40 min lirə olaraq təyin olunmasını istədiyi ifadə edildib.  pizza sifarişi

Məhkəmə, dəlil toplamaq və araşdırma aparmaq üçün iclası bir müddət ertələyib. 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!