Cəmilə İsmayılzadəyə Qarabağ Universitetində vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Cəmilə İsmayılzadəyə Qarabağ Universitetində vəzifə verildi

Sosial

14 İyul 2026 16:04 88


Cəmilə İsmayılzadə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə rektor Şahin Bayramov müvafiq əmr imzalayıb.

C.İsmayılzadə bakalavriat təhsilini Bakı Dövlət Universitetində (Beynəlxalq münasibətlər ixtisası üzrə), magistratura təhsilini isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniyada alıb. Dominos pizza

O bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan-Fransız Universitetində (UFAZ),  Azərbaycan İdman Akademiyasında rəhbər vəzifələrdə çalışıb. Bu təyinata qədər C.İsmayılzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilati komandasında şöbə müdiri vəzifəsində işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!