“Biz bir media qurumu olaraq, həmişə iqtidarı tənqid etməyə, müxalifətin hakimiyyətə qarşı balanslaşdırılması üçün mümkün qədər dəstək verməyə çalışmışıq. Axı, hökumət daxilində korrupsiya riskləri mövcuddur, ölkənin təhlükəsizliyini və tərəqqisini təmin etmək, ilk növbədə, hökumətin, qanunverici və məhkəmə sisteminin normal işindən asılıdır. Odur ki, bu gün itidara deyil, müxalifətə daha çox yaxınıq. Bugünkü müxalifətin hələ də cəmiyyətin bəzi təbəqələri tərəfindən müxalifət kimi qəbul edilə bilməməsi, keçmiş hakimiyyət formasında tanınması günahımız deyil.”
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri mövzunu belə davam etdirir:
“Keçmişdə bir qrup insan susmuş kimi görünürdü və onların hazırki tələbi indiki hakimiyyətə deyil, əvvəlkilərə ünvanlanır. İndikilər isə etdikləri və etmədikləri bütün günahlardan suçlanmağa davam edirlər. Onlar mövcud vəziyyət və uğursuzluqlardan məsuliyyət daşıyırlar. Çoxları bu fenomendə indiki hakimiyyətin günahını görür, amma Nikolun manipulyasiyalarına və yalanlarına görə insanlar bugünkü məğlubiyyətlərdə birinciləri (Sarkisyan, Koçaryan – red.) günahlandırmağa davam edirlər. Əlbəttə, burada çox böyük həqiqət var. Ancaq yaxın keçmişdəki hadisələri unutmamalıyıq.
Məmurların lovğalanmasını, cinayət ünsürlərinin təkəbbürlüyünü, seçki saxtakarlığını, bir neçə qohumun varlanmasını, oliqarxların siyasətə girməsini erməni xalqı olaraq unutmamalıyıq. Bəziləri deportasiya ilə müqayisədə heç bir şey olmadığını düşünür. Ola bilər. Həm də buna görə də birincilər qovuldu. Bu gün onlar tövbə edib cəmiyyətdən bağışlanma dilənə bilərdi, amma etmədilər”.
Telegram kanalımız