Çempion şəhid Muxtar Qasımlının anım günüdür - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Çempion şəhid Muxtar Qasımlının anım günüdür - Fotolar

Maraqlı

02 Oktyabr 2021 12:54 5322


Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan, Baş leytenant Muxtar Əli oğlu Qasımlının anım günüdür.

Yenisabah.az xəbər verir ki, Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə 318 nömrəli tam orta məktəbə daxil olub, 2009-cu ildə məktəbi bitirib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili alıb. 

M.Qasımlı erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür.

Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılıb. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb.

Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəklilərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşub. Hücum əməliyyatında yaralanmasına baxmayaraq, döyüşə davam edib oktyabrın 2-də qəhrəmancasına şəhid olub.

O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Mehri Qurban

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!