Cənubi Qafqazı parçalamağa çalışırlar - Medvedev

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Qafqazı parçalamağa çalışırlar - Medvedev

Dünya

05 Oktyabr 2026 09:03 118


Bəzi dövlətlər Cənubi Qafqaz ölkələrini parçalamağa və Rusiyanın Ermənistanla münasibətlərini pisləşdirməyə çalışır.

"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O, İran Dövlət Televiziyasına (IRIB) müsahibəsində qeyd edib: "Qafqaza gəldikdə isə, bəli, bəzi dövlətlər hazırda orada vəziyyəti qarışdırmağa, Onlar Cənubi Qafqaz ölkələrini parçalamağa çalışırlar. Bunu ehtiyatla izləyirik". pizza

Medvedev Qərbin Gürcüstanla münasibətlərini və Ermənistana dair mövcud vəziyyəti nümunə kimi göstərib:

"Birincisi, Qərb dünyası Gürcüstanı NATO-ya qoşulmağa dəvət etdi. Bundan yaxşı heç nə alınmadı. Gürcüstan hələ də NATO üzvü deyil. Onun hazırkı rəhbərliyi bunun yəqin ki, səhv yanaşma olduğunu başa düşür. Bütün bunlar münaqişəyə gətirib çıxardı. Hazırda Ermənistanla münasibətlərimiz sınaqdan keçirilir".

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini hansı dövlətlərin bu cür cəhdlər etdiyinə inandığını dəqiqləşdirməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!