Cərimələr silinir, plyonkaya icazə verilir - Qanuna dəyişiklik
23 Yan 2021 09:09
15207

Cərimələr silinir, plyonkaya icazə verilir - Qanuna dəyişiklik

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif irəli sürür, Avropa təcrübəsini nümunə göstərirdik. Nəhayət ki, bununla bağlı mükəmməl layihə hazırlandı. Yaxın vaxtlarda Milli Məclisdə layihənin qəbulu gözlənilir”.

“Yeni Sabah” xxəbər verir ki, bunu Axar.az-a İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliyi şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu dəyişikliklərə böyük ehtiyac var idi:

“Daha çox avtoxuliqanlıqla bağlı məsələ narahatlıq doğururdu. Əvvəlki qanunvericilikdə onun təsnifatı tam aydın deyildi. Lakin yeni layihədə bu məsələ həllini tapdı.

Bundan başqa qanunsuz parklama ilə bağlı dəyişiklik var ki, buna əsasən sürücülər qanunsuz parklamaya görə gündə 1 dəfə cərimə oluna bilər. Hesab edirəm ki, bundan hansısa sürücülər sui-istifadə edə bilər. Bunun necə tənzimlənəcəyi narahatlıq doğurur.

Digər bir məsələ isə cərimələrin ödənilməməsinin vaxtı ilə bağlıdır. Hesab edirəm ki, 5 il ərzində ödənilməyən cərimələrin silinməsi heç nəyi dəyişməyəcək. Çünki bu müddət ərzində sürücülər bir neçə dəfə yol polisi tərəfindən saxlanılır və cərimənin ödənilməsi tələb edilir. Həmçinin texniki baxış, sürücülük vəsiqəsinin dəyişdirilməsi, avtomobilin birinin adından digərinə keçirilməsi və s. hallar var ki, bu müddətdə sürücülər onsuz da cərimələri ödəmiş olacaq. Nadir hallarda, məsələn, sahibi xaricdə olan və avtomobili qarajda qalan şəxs ola bilər ki, onun cərimələri 5 il ərzində ödənilməsin.

Ümumilikdə isə sürücülərin məlumatlandırılması, yəni elektron qaydada aşkar edilən xətalar barədə bildirişin sürücülərə SMS vasitəsilə və ya elekton kabinetə göndərilməsi, sürücülərin avtomobilə aid sənədləri üzərində daşıması tələbinin aradan qaldırılması və s. məsələlər müsbət haldır.

Yeni dəyişikliklə pərdə və şüşələrin tündləşdirilməsi ilə bağlı problemlər də aradan qalxır. Artıq sürücülər arxa şüşələri tündləşdirə və pərdələrdən istifadə edə bilərlər”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər