Çexiya Ermənistanla energetika, süni intellekt, kibertəhlükəsizlik və təhlükəsizlik kimi sahələrdə əməkdaşlıqda maraqlıdır.
"Yeni Sabah" xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel Praqada Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında deyib.
"Biz görüşlərimizdə bu məsələlərə diqqət yetiririk və ümid edirəm ki, yaxın gələcəkdə konkret nəticələr əldə edəcəyik", - P. Pavel bildirib. pizza mizza
O xatırladıb ki, ötən gün Avropa İttifaqı (Aİ) Şurası Ermənistandan ixrac olunan malların təxminən 80 %-i üçün gömrük rüsumlarını iki il müddətinə ləğv edərək, Aİ bazarını liberallaşdırmaq qərarına gəlib.
Çexiya Prezidenti həmçinin qeyd edib ki, Praqa Ermənistana Rusiyadan iqtisadi asılılığını azaltmaqda və iqtisadi əlaqələrini şaxələndirməkdə dəstək olmağa çalışacaq.
Cənubi Qafqazdakı vəziyyətə toxunan Çexiya Prezidenti Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının gedişatını məmnunluqla qeyd edib:
"Uzun müddət münaqişə zonası olan Cənubi Qafqazda vəziyyətin sakit olması və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı yaxşı xəbərlərimiz var. Bu yol 2022-ci ildə Praqada başlayıb və ötən il avqustun 8-də Vaşinqtonda münasibətlərin normallaşması, sülh prosesinin yeni təkan alması ilə nəticələnib".
P. Pavel həmçinin Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşması prosesinə toxunaraq, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib./Report
Telegram kanalımız