Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışdı

Siyasət

24 Yanvar 2021 07:36 683


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanı ilə telefonla danışıb.

“Yeni Sabah”  NTV-yə istinadla xəbər verir ki, kapitanla həmçinin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da danışıb.

Qeyd edək ki, Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib. Toyuqlu pizza

Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!