BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ hökuməti tərəfindən təşkil olunmuş “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib.
"Yeni Sabah" xəbər verir ki, o, Azərbaycanın iqtisadi artımın, dayanıqlı təchizat zəncirlərinin və yeni investisiya imkanlarının hərəkətverici qüvvəsi kimi daha güclü regional əlaqələrə dair baxışını vurğulayıb.
Tədbirdə əlaqəlilik, sülh quruculuğu və rifahı özündə birləşdirən layihə kimi TRIPP-ə xüsusi diqqət yetirilib. İştirakçılar bildirib ki, Vaşinqton sammitinin əsas nəticələrindən biri olan TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal əlaqəni təmin edəcək, daha geniş əlaqəliliyi gücləndirəcək və davamlı regional sülhə töhfə verəcək. Dominos pizza
Nazir layihənin həyata keçirilməsi prosesində ABŞ-nin göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Ceyhun Bayramov, həmçinin TRIPP-in regional enerji əlaqəliliyinin və şaxələndirilməsinin inkişaf etdirilməsi potensialını vurğulayıb.
Telegram kanalımız