Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Bu barədə "Yeni Sabah"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş sentyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub. pizza
Nazirlər Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayıb, 2025-ci ildə keçirilən Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmalardan sonra görülən işlər və əldə olunan irəliləyişləri nəzərdən keçiriblər.
Görüşdə Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılması məsələsinə xüsusi diqqət yetirilib. Bu çərçivədə sülhün praktiki faydalarının nümunəsi kimi iki ölkə arasında ticarət və tranzit əlaqələri vurğulanıb.
Nazirlər həmçinin müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviqi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda tərəflər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Aytac Əliyeva
Telegram kanalımız