Ceyran ovçularının özlərini “ovladılar”

saytların hazırlanması

Evə çatdırılma

Ceyran ovçularının özlərini “ovladılar”

Sosial

28 İyul 2022 11:05 852


Şirvan Milli Parkının əməkdaşları tərəfindən gecə saat 01:05 radələrində Milli Parkın 3 saylı postunun yaxınlığında ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. O qeyd edib ki, brakonyerlərdən biri saxlanılıb, digəri isə parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ərazidən qaçıb:

"Araşdırma zamanı saxlanılan brakonyerin Salyan rayon Parçaxalac kənd sakini Rəşad Sultanov olduğu müəyyən edilib, faktla bağlı  müvafiq sənədləşmə işləri aparılıb".  Sezar pizza

Xidmət rəsmisinin sözlərinə görə, saxlanılan brakonyer Milli Parkın əməkdaşları tərəfindən Salyan rayon Polis Şöbəsinə təhvil verilib, digər brakonyerin tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon polis şöbəsinə müraciət olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!