Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) idarə heyətinin fövqəladə toplantısı keçiriləcək.
Yenisabah.az “TRT Haber” istinadla xəbər verir ki, toplantıda partiya sədri Kamal Kılıçdaroğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin üzvləri iştirak edəcəklər.
Gündəlikdəki əsas mövzuların seçkilər, vahid namizəd və İYİ Partiyanın “Altılı Masa”nı tərk etməsinin olacağı gözlənilir. Pepperoni pizza
Dünən “Altılı Masa”nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə M. Akşener “Altılı Masa”nı tərk etdiyini elan edib.
Telegram kanalımız