Tehran nüvə silahı istehsalına yönəlmiş proqramı bərpa etmək barədə hələ qərar verməyib.
Yenisabah.az CBS-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ - CIA) direktoru Uilyam Börns danışıb.
“Bildiyimizə görə, İranın Ali lideri hələ ki 2003-cü ilin sonunda dayandırılmış nüvə silahı proqramını bərpa etmək barədə qərar qəbul etməyib”, - deyə Börn vurğulayıb. pizza
Onun sözlərinə görə, İranın uranı 84%-ə qədər zənginləşdirməyə başladığı barədə məlumatlar, eləcə də raket proqramının inkişafı təhdidlərin qaldığını göstərir.
Telegram kanalımız