“Cibim pul gördü, başladım evə gəlməməyə“   - Elçin

saytların hazırlanması

Evə çatdırılma

“Cibim pul gördü, başladım evə gəlməməyə“ - Elçin

Şou

30 Noyabr 2021 14:45 1026


"Çox yaxşı uşaq olmuşam, amma 8-ci sinfə qədər: dərs oxuyan idim. Valideynlərim məktəbə gedəndə, müəllimlər deyirdilər gəlməyin, onunla bir problem yoxdur".

Yenisabah.az xəbər verir ki, bu szöləri müğənni Elçin Cəfərov "Özəl" proqramında deyib. Sənətçi uşaqlıda valideynlərini incitməsindən danışıb:

"Oğlan övladlarında bir yaşdan sonra dəyişmə olur. Məndə isə dəyişmə yox, lap dönmə oldu. 13 yaşımdan toylara getdim. Cibim bir az pul gördü. Bəlkə bunla bağlıdır, yolumu dəyişdim. Gecələr telefonu söndürürdüm. Bunlar məni incidən hadisələrdir. Çünki evdəkiləri incitmişəm. Bu gün hər şey yaxşıdır". pizza mizza

Elçin verilişlərdən də gileylənib. O bildirib ki, hər proqrama qatılmayacaq:

"Məni narahat edən suallar verən aparıcıların verilişinə getməyəcəm. Əvvəl o verilişlərdə iştirak edirdim, qıcıqverən sual deyirdilər. Ya kiməsə nəsə deməliyəm, ya da... Abrıma sığınıb cavab vermirdim. İndi səbrim tükənib. Ən yaxşısı getməyim".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    SALAM Elçin BƏY DÜZ yoldasan. Səsi , istedadı olan müğənni səviyyəsiz proqramlara getməməlidir.
    4 years ago