Gecə ağıza gələn maye ciddi xəstəliyin əlaməti imiş

saytların hazırlanması

Evə çatdırılma

Gecə ağıza gələn maye ciddi xəstəliyin əlaməti imiş

Sağlamlıq

18 May 2026 00:06 50


Yeməkdən sonra artan sinə yanması, gecələr ağıza gələn acı maye və heç cür keçmək bilməyən narahatlıq hissi... Çox vaxt sadə reflüks kimi qəbul edilərək önəmsənməyən bu şikayətlərin altında həyat keyfiyyətini ciddi şəkildə pozan diafraqma yırtığı (mədə yırtığı) gizlənə bilər.

“Yeni Sabah” xəbər verir ki, türkiyəli ümumi cərrahiyyə mütəxəssisi Uygar Düzci açıqlamasında bildirib ki,  mədə yırtığı cəmiyyətdə düşünüldüyündən daha geniş yayılıb:

“Sinədə yanma və ağıza acı mayenin gəlməsi kimi şikayətlər müasir həyatın gərgin tempi və nizamsız qidalanma vərdişləri səbəbilə tez-tez müşahidə olunur. Ancaq bu əlamətlər yalnız funksional reflüksün deyil, eyni zamanda, mədə yırtığı kimi struktur xarakterli və ciddi sağlamlıq probleminin də xəbərçisi ola bilər”. Pepperoni pizza

Həkim vurğulayıb ki, mədə yırtığı həm anadangəlmə, həm də sonradan yaranan mühüm sağlamlıq problemlərindən biridir:

“Mədə yırtığı tibbi adı ilə hiatal herniya, mədənin diafraqmadakı açılışdan sinə boşluğuna doğru yer dəyişdirməsi nəticəsində yaranır. Diafraqma sinə və qarın boşluğunu ayıran, əzələ quruluşuna malik bir baryer rolunu oynayır. Bu nahiyədə yaranan boşalma və ya zəifləmə mədənin yuxarı sürüşməsinə və mədə turşusunun qida borusuna geri qaçmasına səbəb ola bilər. Bəzi reflüks halları funksional xarakter daşıyır. Həddindən artıq yemək yemək, turşulu və qazlı içkilərin qəbulu müvəqqəti reflüks yarada bilər. Lakin mədə yırtığı ilə əlaqəli reflüks daha qalıcı olur və həyat keyfiyyətini ciddi şəkildə aşağı salır”.

Bu şikayətlərlə özünü göstərir:

Yeməklərin ağıza geri gəlməsi, sinədə yanma hissi, ağıza acı və turş mayenin gəlməsi, gecələr yastığa maye axması və ağız qoxusu əsas şikayətlər sırasındadır. Bəzi xəstələr isə sinə ağrısı səbəbilə kardioloqa müraciət edir və aparılan müayinələrdən sonra onlarda mədə yırtığı aşkarlanır. Cəmiyyətin təxminən 20 faizində mədə yırtığı mövcuddur. Reflüks şikayətləri isə demək olar ki, hər iki nəfərdən birində müşahidə oluna bilir.

Mədə yırtığının müalicəsinin xəstənin şikayətlərinə uyğun şəkildə planlaşdırıldığını bildirən Uygar Düzci deyib:

“İlk mərhələdə dərman müalicəsi və həyat tərzi dəyişiklikləri böyük əhəmiyyət daşıyır. Bu müddətdə xəstələrə yatmazdan ən azı iki saat əvvəl yemək və içməyi dayandırmaları, yastıq sayını artırmaları, turşulu və qazlı içkilərdən uzaq durmaları, həddindən artıq yemək yeməmələri və yemək zamanı su qəbul etməmələri tövsiyə olunur. Lakin dərman müalicəsinə və həyat tərzi dəyişikliklərinə baxmayaraq şikayətləri davam edən xəstələrdə cərrahi müdaxilə variantları gündəmə gəlir. Mədə ilə diafraqma arasındakı açılışın bağlandığı cərrahi müalicələr nəticəsində xəstələrin böyük əksəriyyətində şikayətlərin tamamilə aradan qalxdığını müşahidə edirik”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!