“Çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanlar var. Həmin nişanlar 1.75 m dərinlikdə quraşdırılır”.
Bu sözləri “Yeni Sabah”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili deyib.
Aqşin Əlili xilasedicilərin 8 nəfər xilas edilməsi, qeyri-çimərlik ərazilərdə batan 5 nəfərin meyitinin tapılmasından danışıb: pizza mizza
“8 nəfərdən 3-nün xilas edilməsi Fövqəladə Hallar Nazirliyinin nəzarətindən kənar olan çimərlik ərazilərində baş verib. Nəzarətimizdən kənar ərazilərdə baş verən hadisələrdən 1-i Bilgəh qəsəbəsində, 2-si isə Qızılqum qəsəbəsində baş verib. Digər xilas edilən 5 nəfər isə nəzarətimizdə olan ərazilərdə çimən zaman baş verib. Bunun da əsas səbəbi dünən havanın qeyri-sabit, küləkli keçməsidir. Güclü külək zamanı dalğalar əmələ gəlməsi nəticəsində bədbəxt hadisələr baş verir”.
Aqşin Əlili vurğulayıb ki, çimərliklərdə insanlar ehtiyatlı olmalıdır: “Valideynlərin övladlarını nəzarətsiz buraxması, sərxoş insanların suya baş vurması, gənclərin suda bir-birini ötmək üçün uzaq istiqamətlərə qadağan olunmuş nişanları keçməsi, güclü külək zamanı dalğalar əmələ gəlməsi nəticəsində bədbəxt hadisələr baş verir.
Sonda bir daha vətəndaşları nəzarət olunmayan çimərliklərdən istifadə etməməyə çağırırıq”- o bildirib.
İmamət İSMAYILOVA
Telegram kanalımız