“Avropa İttifaqı Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edərsə, Çin öz maraqlarını qoruyacaq”.
Yenisabah.az “Xinhua”ya istinadla xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.
O bildirib: “Əgər mətbuatda yayılan xəbərlərin doğru olduğu üzə çıxarsa, Avropa tərəfinin bu cür hərəkətləri Avropa İttifaqı və Çin arasında qarşılıqlı etimadı və əməkdaşlığı ciddi şəkildə sarsıdacaq. Avropa tərəfi səhv etməməlidir, əks halda, Pekin öz rasional əsaslandırılmış qanuni hüquqlarını qətiyyətlə müdafiə etməli olacaq”. pizza
Xatırladaq ki, bundan əvvəl Aİ Rusiyaya avadanlıq tədarük edən şirkətlərə qarşı sanksiyalar tətbiq edə biləcəyi bildirilib. məhdudiyyətlər Aİ-nin bütün 27 ölkəsi ilə razılaşdırılsa, bu, Avropanın anti-Rusiya sanksiyaları çərçivəsində Çin şirkətlərinə qarşı tətbiq etdiyi ilk hal olacaq.
11-ci sanksiyalar paketinə Çindən yeddi, BƏƏ-dən iki, Ermənistandan isə bir şirkət daxil ola bilər.
Telegram kanalımız