Yaponiya Müdafiə Nazirliyi Çin donanmasına məxsus gəminin ölkənin su sərhəddini pozduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi Çin donanmasına aid gəminin Yakuşima adasının cənubundakı sularda ilk dəfə göründüyünü bildirib. Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə (MSDF) məxsus gəmi və təyyarənin apardığı müşahidə fəaliyyətlərinə görə, təxminən 3,5 saat ölkənin ərazi sularında qalan gəmi dənizdən qərbə doğru hərəkət edərək pozuntuya son qoyub.
Telegram kanalımız