Pekin ABŞ-ın öz ərazisi üzərində Çin hava şarını vurması ilə bağlı Vaşinqtona etiraz edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir: “Çin ABŞ-ın mülki pilotsuz hava şarına hücum etmək üçün güc tətbiq etməsinə qarşı Birləşmiş Ştatlara kəskin narazılığını və etirazını bildirib”. pizza mizza
Rəsmi Pekin dəfələrlə Amerika tərəfini hava şarının mülki obyekt olması və fors-major vəziyyətə görə ABŞ ərazisinə daxil olması barədə məlumatlandırıb.
Çin Xarici İşlər Nazirliyi xatırladır ki, Pentaqon şarın hərbi və ya digər təhlükə yaratmadığını qəbul edib:
"Bununla belə, Amerika tərəfi açıq-aydın həddi aşaraq və beynəlxalq praktikanı ciddi şəkildə pozaraq, güc tətbiq etməkdə israr edib.
Çin müvafiq müəssisələrin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacaq, eyni zamanda əlavə zəruri cavab tədbirləri görmək hüququnu qoruyacaq".
Xatırladaq ki, ABŞ hərbçiləri daha əvvəl ABŞ ərazisi üzərində aşkar edilmiş Çin hava şarını vurub. Bir neçə gün ərzində şar ABŞ-ın bütün ərazisi boyunca şimal-qərbdən cənub-şərqə, o cümlədən Minuteman III qitələrarası ballistik raketlərinin silos buraxılış qurğularının yerləşdiyi Montana ştatı üzərində uçdu.
Çin Xarici İşlər Nazirliyi dünən bildirib ki, ABŞ səmasında görünən hava şarı elmi, əsasən meteoroloji məqsədlər üçün istifadə edilən mülki təyyarədir və kursdan çıxıb Amerika hava məkanına düşüb. Nazirlik üzr istəyib.
ABŞ dövlət katibi Entoni Blinken hava şarından sonra Çinə fevralın 5-6-na planlaşdırılan səfərini təxirə salıb.
Telegram kanalımız