Çin liderinin Putinə xəbərdarlıq etməsi uydurmadır - Peskov

saytların hazırlanması

Evə çatdırılma

Çin liderinin Putinə xəbərdarlıq etməsi uydurmadır - Peskov

Dünya

05 İyul 2023 14:41 905


"Çin sədri Si Tsinpinin guya Putini Ukraynada nüvə silahından istifadə etməmək barədə şəxsən xəbərdar etdiyinə dair iddialar uydurmadır". 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, çıxışı zamanı bir sıra məsələlərə aydınlıq gətirib: "Rusiya taxıl müqaviləsi ilə bağlı qərarını vaxtında açıqlayacaq. Rusiya Federasiyasının ixracı ilə bağlı taxıl sövdələşməsinə dair razılaşmaların bir hissəsinin yerinə yetirilməsi üçün hələ vaxt var". Toyuqlu pizza

"Putin və Mişustin görüşdə kadr qərarlarını müzakirə etməyib. Prezident və Baş nazir hər gün əlaqə saxlayır, daha çox belə təmaslar telefonla olur. İyulun 5-də Putin mədəniyyət naziri ilə görüşəcək. Zaporojye AES ətrafında vəziyyət kifayət qədər gərgindir, təxribat təhlükəsi böyükdür", - Peskov qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!