Pekin Mərkəzi Asiya ölkələrinə maliyyə dəstəyi çərçivəsində təmənnasız olaraq 26 milyard yuan (təxminən 3,72 milyard dollar) verəcək.
Yenisabah.az “Xinhua”ya istinadla xəbər verir ki, bunu Çin lideri Si Zinpin Çin-Mərkəzi Asiya Sammitindəki çıxışı zamanı deyib.
O bildirib: “İnkişaf potensialını gücləndirmək və Çin texnologiyaları ilə yoxsulluğu azaltmaq üçün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq planları hazırlayacağıq. Çinin maliyyələşdirdiyi müəssisələr daha çox iş yerləri yaratmağa təşviq ediləcək. Mərkəzi Asiya dövlətlərinə 26 milyard yuan maliyyə dəstəyi və təmənnasız yardım göstəriləcək”. Sezar pizza
İclasda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri də iştirak edib. Tədbir Şaansi əyalətinin şimal-qərbindəki Sian şəhərində keçirilir.
Telegram kanalımız