Bazar ertəsi günü Honq-Konq birjasında yuan valyutası və Çin səhmləri 2008-ci il böhranından sonra ən aşağı səviyyəyə düşüb.
Yenisabah.az "Xinhua"ya istinadla xəbər verir ki, investorlar Çin sədri Si Cinpinin üçüncü müddətə seçilməsinə, Pekinin bazar əsaslı iqtisadiyyatın inkişafına marağın itməsinə və Çin Kommunist Partiyasının rəhbər orqanlarına qatı Si tərəfdarlarının, o cümlədən COVID-19-a sıfır dözümlülük siyasətini dəstəkləyənlərin çoxunun seçilməsinə belə reaksiya verirlər.
Xatırladaq ki, Si Cinpin 3-cü dəfə Çin Kommunist Partiyasının rəhbəri seçilib. Sezar pizza
Telegram kanalımız