4 İyul - 03:36
Cındır “kişi“ ilə evlənən qadın: “Tənbəl və qısqancdır“

Cındır “kişi“ ilə evlənən qadın: “Tənbəl və qısqancdır“

Digər

23 İyun 2022 11:37 711


Meyrivona Roxa Moraeş adlı 37 yaşlı braziliyalı qadın anasının cır-cındırdan hazırladığı kuklaya ilk baxışdan aşiq olub.

Yenisabah.az xəbər verir ki, qadın "kişi" gəlinciklə evləndiyini və bu evlilikdən uşaq dünyaya gətirdiyini iddia edib.

Meyrivona Roxa Moraeş əvvəllər tez-tez anasına subaylığından şikayət edirdi. Anası ona cır-cındırdan kukla düzəltməyə qərar verib. Meyrivona 250 nəfərin qatıldığı toy mərasimi ilə kuklayla evlənib.

"Sonra ərim Marselo ilə toy gecəsinə getdim və toy gecəmizdən çox həzz aldıq. O, mənimlə dalaşmır, mübahisə etmir və sadəcə məni başa düşür. Marselo gözəl və sadiq ərdir. O, çox yaxşı insandır və bütün qadınlar onu sevir. Qısqancdır. 

Onun çox gözəl xüsusiyyətləri var, amma yeganə mənfi cəhəti tənbəl olmasıdır. Heç işləmir", - deyə 37 yaşlı qadın vurğulayıb.

Yeni "evlənənlər" Rio-de-Janeyrodakı çimərlik evində bir həftəlik bal ayı keçiriblər.

İndi cütlüyün "Marselinyo" adlı "övladı" var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!