Çingiz Mustafayevin radiosuna iddiaçılar bəlli oldu – Mirşahin də siyahıdadır
10 Dek 2019 11:27
469

Çingiz Mustafayevin radiosuna iddiaçılar bəlli oldu – Mirşahin də siyahıdadır

Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Virtualaz.org-a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum - APA media holdinqi və Real TV müraciət edib.

Jurnalistlərə, həmçinin məlum olub ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.

Xatırladaq ki, bir gün əvvəl bu barədə Azərbaycan elitasından müraciət daxil olmuşdu. Yaradıcı ziyalıların nümayəndələri, məşhur elm adamları, yazıçılar, jurnalistlər, bəstəkarlar, tanınmış ictimai xadimlər Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın taleyindən narahatlıqlarını ifadə etmişdilər.

Onu da əlavə edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.  Real TV-nin rəhbəri Mirşahin Ağayev də keçmiş ANS TV-nin baş redaktrou olaraq çalışıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər