Çinin sülh planı məntiqsizdir - Mixaylo Podolyak

saytların hazırlanması

Evə çatdırılma

Çinin sülh planı məntiqsizdir - Mixaylo Podolyak

Dünya

20 Mart 2023 08:18 726


Çinin “sülh planı” çox ümumi prinsiplərdən ibarətdir və məntiqdən məhrumdur. 

Yenisabah.az xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, Çinin 12 müddətlik sülh planında məntiq görmür. pizza mizza

"Burada heç bir təfərrüat yoxdur, balanslaşdırılmış məntiq yoxdur. Bir məqamda söhbət suverenliyin və ərazi bütövlüyünün toxunulmazlığından, digərində isə dərhal atəşkəsin zəruriliyindən gedir”, - deyə Podolyak vurğulayıb.

Podolyak qeyd edib ki, bu formada Çinin sülh müqaviləsi ziddiyyətdir.

“Sülh planı təcavüzkarın maraqlarını təmin etməyə əsaslana bilməz, proses Rusiya qoşunlarının Ukraynadan çıxarılmasından başlamalıdır”, - o bildirib.

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb.

Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Sənəd “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!