25 May - 22:57
“Cızığımızdan çıxmışdıq, Allah bizi cəzalandırdı“  - Əli Mirəliyev

“Cızığımızdan çıxmışdıq, Allah bizi cəzalandırdı“ - Əli Mirəliyev

Şou

21 Yan 2022 17:22


“Onsuz da vəziyyətimiz yaxşı deyil, işsizlikdir, ərzaq məhsullarının qiyməti başını alıb gedir...”

Bu sözləri Yenisabah.az-a müğənni Əli Mirəliyev deyib. O, yenidən karantin qaydalarının sərtləşdirilməsinin tərəfdarı olanlarla eyni cür düşünmədiyini bildirib:

“Mən karantinin yenidən sərtləşdiriliməsinin tərəfdarı deyiləm. Karantin artıq olub, keçib. Eşitdiyimə görə, türk qardaşlarımız bu virusa qarşı bir vaksin icad ediblər və o vurulduqda virusa qarşı effektiv təsir edəcək. Əgər elə olacaqsa, yenidən karantinə, bağlanmalara getməyə gərək yoxdur. Bu lazım deyil, çünki dünya ölkələri sərt karantinə getməyib. Mən hər gün “Euronews”a, Rusiya telekanallarına baxıram, dünyadakı vəziyyətlə maraqlanıram, bildirilir ki, Avropa ölkələri sərt karantinə getməyəcək. Bu elə bir bəladır ki, düşünürəm ki, bu Allahın bizə bir cəzasıdır. Yer üzündəki insanlar bir az ağını çıxarmışdılar, düz yaşamağı unutmuşdular. Sanki əvvəlki Azərbaycan çevrilib başqa bir ölkə olmuşdu. Belə olmaz. Biz əgər bu gün qalib ölkəyiksə, özümüzü buna uyğun aparmalıyıq. Bir-birimizə inanmalı, etibar etməli, bir olmalıyıq, yumruq olmalıyıq”.

İfaçı hazırki vəziyyətdə sərt karantinin ölkə üçün uğurlu olmayacağını qeyd edib:

“Mənə elə gəlir ki, koronavirusun qorxusu yoxdur, qısa müddətdə keçib gedəcək. Dövlətimiz, səhiyyə işçilərimiz hamısı istəyir ki, sərt karantin olmasın. Çünki sərt karantin ölkə iqtisadiyyatına çox zərər verir, uşaqlar dərslərdən qalırlar, ölkə olaraq bu müddəti pis keçiririk. Ona görə də buna gərək yoxdur. Biz onsuz da kiçik bir ölkəyik, əhalisi çox olan ölkə deyilik ki, nədənsə ehtiyyat edək. Artıq torpaqlarımız da alınıb. Mən də bir ağsaqqal, həyat təcrübəsi keçmiş adam kimi  deyirəm ki, dünyaya inteqrasiya etmək istəyiriksə, karantinə getməli deyilik, bunun yerinə düzgün yaşamağı öyrənməliyik. Əgər qanun deyirsə ki, maska tax, ara məsafəni qoru, bunu etməliyik, təki sərt karantinə getməyək. Çünki onsuz da vəziyyətimiz yaxşı deyil, işsizlikdir, ərzaq məhsullarının qiyməti başını alıb gedir... Sərt karantin belə vəziyyətdə bizə sərf eləməz”.

Əsmətxanım Rzazadə  


Youtube kanalımız


Digər xəbərlər