UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Yenisabah.az xəbər verir ki, bu gün E, F, G və H qruplarında I turun oyunları keçirilib.
Fransada PSJ Almaniyanın “Borussiya” (Dortmund) klubunu məğlub edib.
Turnirin son qalibi “Mançester Siti” İngiltərədə qəbul etdiyi Serbiyanın “Srvena Zvezda” komandası üzərində əzmkar qələbə qazanıb. Son ilk hissəni məğlub başa vursa da, ikinci hissədə geridönüş edə bilib - 3:1.
“Barselona” isə doğma meydanda Belçika klubu “Antverpen”i darmadağın edib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
I tur
E qrupu
“Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya) 2:0
“Latsio” (İtaliya) – “Atletiko” (İspaniya) 1:1
F qrupu
“Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə) 0:0
PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 2:0
G qrupu
“Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya) 1:3
“Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 3:1
H qrupu
“Barselona” (İspaniya) – “Antverpen” (Belçika) 5:0
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya) 1:3
Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də keçiriləcək.
Telegram kanalımız