Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Co Bayden İran mənşəli şəxsi Blinkenə köməkçi təyin etmək istəyir 
04 Avq 2021 16:43
461

Co Bayden İran mənşəli şəxsi Blinkenə köməkçi təyin etmək istəyir 

ABŞ hökuməti İran mənşəli amerikalı Ramin Tolui Tehranini dövlət katibinin iqtisadiyyat və ticarət üzrə köməkçisi vəzifəsinə namizəd olaraq irəli sürəcək.

Yenisabah.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib. 

Prezident Co Baydenin namizədi olan Ramin Tolui süni intellekt və investisiya idarəçiliyi üzrə mütəxəssisdir. O bu vəzifəyə təsdiqlənərsə, ticarət sahəsində yol xəritələrini təyin etmədə ABŞ dövlət katibi Entoni Blinkenin xüsusi nümayəndəsi olacaq.

Ramin Tolui keçmiş prezident Barak Obamanın dövründə maliyyə nazirinin beynəlxalq maliyyə üzrə köməkçisi vəzifəsində çalışıb. 

İran mənşəli amerikalı namizəd Harvard Universitetinin məzunudur, Oksford Universitetində doktorluq dərəcəsi alıb.

Tolui artıq İrana qarşı iqtisadi müharibəni planlaşdırmada rol oynadığı üçün tənqid edilib. O, əvvəllər beynəlxalq investisiyalar üzrə idarəetmə şirkəti olan “Pimco International”ın direktoru vəzifəsində çalışıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər