ABŞ-nin qida və içki nəhəngi “Coca-Cola” sahibi olduğu İngiltərənin məşhur qəhvə şəbəkəsi “Costa Coffee”ni satmaq üçün ikinci dəfə hərəkətə keçib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, “Semafor”un xəbərinə görə, ilin əvvəlində özəl kapital şirkətlərindən gələn təkliflərin gözləntiləri doğrultmaması səbəbindən dayandırılan satış prosesi yenidən gündəmə gətirilib.
Məlumata görə, ilin əvvəlində ən azı bir stratejik alıcı “Costa Coffee”ni almaq imkanlarını dəyərləndirsə də, qiymətləndirmə və strateji uyğunsuzluq səbəbindən sövdələşmədən imtina edib. “Coca-Cola” bu dəfə fərqli alıcı profillərinə yönələrək satış prosesini tamamlamaq niyyətindədir. pizza
Qeyd edək ki, “Coca-Cola” daha sağlam içki seçimləri istiqamətində fəaliyyətini genişləndirmək strategiyası çərçivəsində “Costa Coffee”ni 2018-ci ildə 5,1 milyard dollara satın almışdı.
Telegram kanalımız