Con Kirbi: “Ukraynada döyüşlər tezliklə dayandırılmayacaq“

saytların hazırlanması

Evə çatdırılma

Con Kirbi: “Ukraynada döyüşlər tezliklə dayandırılmayacaq“

Dünya

07 Yanvar 2023 09:29 538


“Vaşinqton yaxın aylarda Ukraynada hərbi əməliyyatların dayandırılması üçün heç bir perspektiv görmür”. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Əminliklə deyə bilərik ki, Rusiyanın yaxın bir neçə ay ərzində əllərini qaldırıb döyüşü dayandıracağını gözləmirik. Onların taktiki planları barədə danışmayacağam, lakin onlar irəliləməkdə davam edirlər və bu, yaxın aylarda da davam edəcək”, - Kirbi bildirib. Dominos pizza

Ağ Ev nümayəndəsi qeyd edib ki, bu baxımdan Ukraynaya daha əvvəl elan edilmiş yeni hərbi yardım paketi vacib hesab olunur.

Xatırladaq ki, ABŞ Ukraynaya 3 milyard dollara yaxın hərbi yardım paketi ayırıb. Onun 225 milyon dolları Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli modernləşdirilməsinə yönəldiləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!