İranda Hollivud ulduzu Conni Deppin görüntülənməsi sosial şəbəkə və ABŞ mediasında trend mövzuya çevrilib.
Yenisabah.az xəbər verir ki, "New York Post" nəşri də bu mövzudan kənarda qalmayıb.
Coşqulu dini mərasimində iştirak edən Conni Deppin oxşarı Yaxın Şərqin sosial mediasında tanındıqdan sonra aktyorun amerikalı pərəstişkarları şok keçiriblər. Dördpendirli pizza
Dağınıq uzun saçları və keçi saqqalı ilə tanınan Deppin Təbriz şəhərində keçirilən Aşura mərasimində çəkilən görüntülərinə xeyli sayda baxış olub.
Bu təəccüblü oxşarlıq onlayn nəzəriyyələrə mövzu verib. Bəziləri "Qəraib dənizinin quldurları"nda çəkilmiş akyorun keçmiş arvadı Ember Hörd ilə məhkəmə çəkişməsindən sonra Hollivudu tərk edib yenidən toparlanmaq üçün İrana getdiyini iddia edib.
İran mediasında C. Deppin təbrizli əkizi kimi tanıdılan bu şəxs əslində, təvazökar "Instagram" səhifəsinə sahibdir. O,amerikalı ulduzun oxşarı iranlı model Amin Salesdir.
Aşura məclisində görüntüləndikdən sonra izləyicilərinin sayı artıb. Əvvəllər cəmi 7 izləyici olduğu halda hazırda onların sayı 10 mindir.
Salesin bir neçə dəfə konsert proqramı ilə ilə çıxış etdiyi də söylənir.
Telegram kanalımız