Türkiyəli müğənni Doğuş keçmiş həyatı barədə etiraflar edib.
Yenisabah.az xəbər verir ki, o ailəsindən sevgi görmədiyi üçün küçə həyatı yaşadığını bildirib:
"Ailəmdə görmədiyim sevgini küçələrdə tapacağımı sanırdım. Küçələrdəki dostlarımı qardaş bildiyim üçün, sonradan xəta etdiyimi anladım. Bu illər ərzində küçələrdə çox pis hadisələrlə üzləşdim". pizza mizza
Sənətçi 4 yaşında həbsə düşdüyünü açıqlayıb: "Dostlarımla oğurluq edərək, pul qazanmağa çalışırdıq. Corab oğurladığım üçün 4 yaşında həbsxanaya girdim. Orada mənə təcavüz etməsinlər deyə, problem yaradaraq, bıçaqlandım".
Qeyd edək ki, Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə qurub.
Telegram kanalımız