Çörək istehsalı müəssisəsində iyrənc mənzərə - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Çörək istehsalı müəssisəsində iyrənc mənzərə - Fotolar

Sosial

19 Aprel 2021 20:06 638


Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs İmamverdiyev Fizuli İmran oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi aşkarlanıb. pizza sifarişi

Belə ki, istehsal zamanı texnoloji ardıcıllığın gözlənilmədiyi, avadanlıqların vaxtlı-vaxtında təmizlənərək dezinfeksiya edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi və müvafiq geyimlə təmin olunmadığı müəyyənləşdirilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!