18 Avqust - 04:42
Çovğun İstanbulu çökdürdü: Yollarda qalmış insanlar, heykəl kimi donmuş maşınlar...  - Fotolar

Çovğun İstanbulu çökdürdü: Yollarda qalmış insanlar, heykəl kimi donmuş maşınlar... - Fotolar

Bölgə

26 Yanvar 2022 11:39 4978


Meteoroloqların əvvəlcədən xəbərdarlıq etdiyi çovğun İstanbulu iflic edib.

Yenisabah.az xəbər verir ki, İstanbulda vəziyyət xüssuilə böyük fəsadlar yaradıb. Şəhərin 3 əsas arteriyası TEM, E-5 və Şimali Mərmərə şossesi qış təkərləri olmayan maşınlar üçün kabusa çevrilib, yollarda silsilə qəzalar baş verib.

Avtomobillərin saatlarla hərəkət etmədən gözlədiyi magistrallara qar təmizləyici maşınlar girə bilmədiyi üçün minlərlə insan yolda qalıb.

Ötən gün günorta saatlarında şiddətlənən çovğun İstanbul Hava Limanının yerləşdiyi şimal xəttində 1 metrlik örtük yaradıb. Ən çox qar yağan rayonlar Arnavutköy, Çatalca, Hadımköy, Sultanqazi, Beylikdüzü, Büyükçekmece və Avcılar olub. Bu bölgələrdə qarın orta qalınlığı 30-50 santimetri ötüb.

İstanbul Valiliyi rəsmi qurumlarda iş saatlarının saat 15:30-da dayandırılmasına qərar verib. Ticarət mərkəzlərinin saat 19:30-da bağlanacağı açıqlanıb. Zavodlar və iş yerləri də erkən dayanıb, lakin bu, xaosu daha da artırıb. Əsas yollara qoşula bilməyən sürücülər bu dəfə kəsə yolları bağlamağa başlayıblar. Yanacağı bitən bəzi avtomobillər yol kənarında qalıb.

Esenler, Harem avtovağzallarından avtobusların çıxışına qadağa qoyulub. Uçuş-enmə zolaqları təxminən 1 metr qar altında qalan İstanbul Hava Limanından da dayandırılan uçuşlar və enişlər dünən gecədən yenidən tədricən başlayıb.

Avtomobillərini tərk etməyə məcbur olan minlərlə insan evlərinə çatmaq üçün saatlarla piyada yol gedib. Avtobuslara sıxlıqdan minmək mümkün olmayıb. Əlavə ekspedisiyalar cəlb olunsa da, sıxlığın qarşısı alınmayıb. Evlərinə çata bilməyən 3 minə yaxın insan insan otellərdə, hostellərdə və ya məscidlərdə qalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!