“Çox dirəşmə, hər şeyi açığa çıxarmaq istəmirəm“ - Pərvin

saytların hazırlanması

Evə çatdırılma

“Çox dirəşmə, hər şeyi açığa çıxarmaq istəmirəm“ - Pərvin

Şou

22 İyul 2021 17:06 1289


Aktrisa Pərvin Abıyevanın mərhum rejissor Şahin Zəkizadə haqqında dediyi "Evlənən günə kimi məni sevdi" sözləri ətrafında qalmaqal bitmək bilmir.

Rejissorun xanımı Səbinə Zəkizadə məsələ ilə bağlı Axşam.az-a açıqlama verərək aktrisanı yalan danışmaqda ittiham edib.  

Səbinənin dediklərinə Pərvin cavabsız qalmayıb. Məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edən aktrisa hər şeyi danışacağını deyib: Dördpendirli pizza

"Bayram günü məni qıcıqlandırmayın. Qoyun, yerimdə sakit oturum. İstəmirəm kimləsə konfliktə girim və qalmaqal yaşayım. Mən nə efirdə, nə həyatda yalan danışmışam və danışmayacam da. Buna görə hamı mənə düşmən olursa, başım-gözüm üstündə. Mən danışmasam belə, bilənlər hər şeyi gözəl bilir. Çox dirəşməyin, çox danışmayın, baş qaldırıb hər şeyi açığa çıxarmaq istəmirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!